“Akademik yazı bacarıqları və araşdırma strategiyaları” adlı təlim keçirildi
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Akademik yazı bacarıqları və araşdırma strategiyaları” adlı təlim keçirilmişdir. Təlimin spikeri Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov olmuşdur. Təlim çərçivəsində iştirakçılara akademik fəaliyyət üçün mühüm hesab olunan bir sıra istiqamətlər üzrə ətraflı məlumat verilmişdir. Xüsusilə Web of Science (WOS), Scopus və Scimago kimi beynəlxalq elmimetrik bazalar, bu bazalarda material axtarışı üsulları izah edilmişdir. Bununla yanaşı, jurnalların reytinqinin müəyyən olunması (WOS, Scopus və Scimago üzrə), elmi məqalənin jurnal qaydalarına uyğun yazılması və jurnala düzgün təqdim olunması mərhələləri iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, müəlliflərin elmi reytinq göstəriciləri və onların qiymətləndirilməsi məsələlərinə də toxunulmuşdur. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və onların akademik yazı və tədqiqat bacarıqlarının inkişafına mühüm töhfə vermişdir.