Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirildi

Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Kimya fakültəsində dünya şöhrətli alim və ictimai xadim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan kafedra müdiri, prof. Xəlil Nağıyev dünya şöhrətli alimin elmi və ictimai fəaliyyəti haqqında məruzə edərək Azərbaycan xalqının qürur mənbəyi olan Yusuf Məmmədəliyevin Kimya fakültəsinin hər bir tələbəsi üçün örnək olduğunu vurğuladı. Akademik Yusuf Məmmədəliyevin elmi fəalliyyəti və bəşəriyyət üçün mühüm əhəmiyyətə malik kəşfləri haqqında qısa videoçarx nümayiş etdirildikdən sonra kafedranın yetirməsi və hazırda saat hesabı müəllimi Xanımbacı Məmmədovanın «Üzvi kimyada simulyasiya proqramlarının tətbiqi və şagirdlərin təqdiqat bacarıqlarının inkişafı» mövzusunda məruzəsi dinlənildi. Məruzəçi çıxış edərək bildirdi ki, üzvi kimyada simulyasiya proqramlarının tətbiq edilməsi son dövrlərdə tədris prosesində keyfiyyətin artmasına zərurət edir. Bir çox yeni proqramların tətbiqi artıq şagirdlərdə motivasiyanın artırılmasına və tədqiqatçılıq bacarıqlarının inkişafına səbəb olur. Bundan başqa, simulyasiya proqramlarınnı tətbiqi üzvi kimyada bir çox molekullarının 3D vizual quruluşlarının öyrənilməsində olan çətinlikləri aradan qaldırır. Çıxışını bitirdikdən sonra Xanımbacı Məmmədova seminar iştirakçılarının suallarını cavablandırdı. Seminarda Kimya fakültəsinin professor-müəllim heyəti və magistrantları, elmi-tədqiqat işləri aparan tələbələr iştirak etmişdir.