Alimimizin məqaləsi Analytical Letters jurnalında
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanovun həmmüəllifi olduğu “Qurğuşunun su, siqaret və torpaqdan vortekslə bərk fazadan ekstraksiyası üçün poli(N-izopropilakrilamid) ilə modifikasiya edilmiş maqnit adsorbenti yüksək ayırdetməyə malik alovlu atom-absorbsiya spektroskopiyasında” (Magnetic Adsorbent Decorated with Poly(N-Isopropylacrylamide) (PNIPAM) Brushes for the Vortex-Assisted Solid Phase Extraction (VASPE) of Lead in Water, Cigarettes and Soil with High-Resolution Continuum Source Flame Atomic Absorption Spectrometry (HR-CS FAAS) Detection) adlı məqalə “Web of Science” bazasında Q2 kvartilli jurnallar siyahısına daxil olan “Analytical letters” (IF: 2.267) jurnalında dərc olunub.
Məqalədə poli(N-izopropilakrilamid) fırçaları ilə modifikasiya edilmiş fosfor tərkibli maqnit adsorbentin sintezi və tətbiqi haqqında məlumat verilib. Modifikasiya prosesi səthin həyəcanlandırılması ilə atom ötürülməsi radikal polimerləşmə üsulundan istifadə etməklə həyata keçirilib. Nümunənin quruluşu furye çevrilməsilə infraqırmızı və enerji dispersion X-şüalı spektroskopiyası metodları ilə müəyyənləşdirilib. Adsorbentin vasitəsilə qurğuşunun su, siqaret və torpaqdan vortekslə bərk fazadan ekstraksiyası aparılıb. Qurğuşunun miqdari yüksək ayırdetməyə malik alovlu atom-absorbsiya spektrometrinin tətbiqilə təyin olunub.
https://www.tandfonline.com/doi/abs/10.1080/00032719.2023.2207139?af=R&journalCode=lanl20