Alimimizin yeni uğuru
Azərbaycan Elm Fondunun elan etdiyi təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 12-ci “Mobillik qrantı” (AEF-Mob-12-2024-3(51)) müsabiqəsinə Sənaye Kimyası tədqiqat laboratoriyasının müdiri Ələkbər Elman oğlu Hüseynzadənin QMTK üzrə təqdim etdiyi "Monokristalların Rentgen Difraksiya metodu ilə tədqiqi" adlı qrant layihəsi qalib olmuşdur. Layihə çərçivəsində Ələkbər Hüseynzadə 10 iyul - 10 avqust tarixlərində Pakistanın Karaçi Universitetinin Beynəlxalq Biologiya və Kimya Elmləri Mərkəzində monokristal XRD üzrə təcrübəkecmə proqramında iştirak edəcəkdir.