Analitik kimya kafedrasında 27 mart «Elm Günü» münasibəti ilə elmi seminar keçirilib

18 fevral 2026-cı il tarixində Analitik kimya kafedrasının doktorantı Ağayev Kənan tərəfindən 27 mart «Elm Günü» münasibəti ilə "Bəzi β-diketonların azobirləşmələrinin keçid metal komplekslərinin alınması, analitik və bioloji tədqiqi" mövzusunda elmi seminar keçirilib. Doktorant çıxışı zamanı β-diketonlar və onların törəmələrinin xassələri haqqında məlumat vermiş və onların əhəmiyyətini vurğulamışdır. Daha sonra məruzəçi öz təcrübələrində istifadə etdiyi reaktivin sintezi şəraitini və onun metallar ilə əmələ gətirdiyi kompleks birləşmələrin tədqiq edilən xassələrini təhlil etmişdir. Qarşılıqlı müzakirədən sonra, elmi seminar sualların cavablandırması ilə yekunlaşmışdır.