Analitik kimya kafedrasında elmi seminar
16 Dekabr 2022-ci il tarixində Bakı Dövlət Üniversitetinin Kimya fakültəsi Analitik kimya kafedrasında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “4-amin antipirinin azotörəmələrinin sintezi və identifikasiyası” mövzusunda elmi seminar keçirilmişdir.
Seminarda həmin kafedrada 1-ci kursdan elmi tədqiqatla məşğul olan SABAH qrupları Kimya müəllimliyi 4-cü kurs tələbəsi Kənan Ağayev bu mövzuda məruzə etmişdir.
Məruzədə 4-amin antipirin əsasında sintez edilən şiff əsaslarının və azo birləşmələrin əhəmiyyəti, tətbiq sahələri, 4-amin antipirinin asetil aseton ilə azo birləşməsinin sintezi, onun identifikasıyası, analitik xarakteristikalarının öyrənilməsi, onun metallarla əmələ gətirdiyi kompleks birləşmələrin tədqiqi və dəmir(ııı) ionu ilə əmələ gətirdiyi kompleks birləşmənin analitik xarakteristikalarının araşdırılmasından bəhs edilmişdir.
Analitik kimya kafedrasının müdiri Famil Çıraqov elmi seminarların faydalarından bəhs etmiş, mövzu barədə əlavələrini qeyd etmişdir. Seminar sualların cavablandırılması ilə yekunlaşmışdır.