Analitik kimya kafedrasında elmi seminar keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə Analitik kimya kafedrası "Üzvi nanohissəciklərin sintezi, tətbiqi və nanotexnologiya" mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarda Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov iştirak etmiş,bacarıqlı və istedadlı gənclərin üzə çıxarılmasında, onların öz elmi potensiallarının nümayişində Tələbə Elmi Cəmiyyətinin (TEC) rolundan danışmışdır.Kimya fakültəsi II kurs tələbəsi Səbuhi Haqverdiyev məruzəsində nanotexnologiyanın həyatımızdakı rolundan, tarixindən, konseptual mənşəyindən, kimyanın müxtəlif sahələrində tətbiqindən, nanokristalların və karbon nanoborucuqlarının sintezi və tətbiq imkanlarından bəhs etmişdir. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında müzakirələr həyata keçirilmişdir.