Analitik kimya kafedrasında elmi seminar keçirildi
26 aprel 2024-cü il tarixində Kimya fakültəsi Analitik kimya kafedrasının sabiq doktorantı Əfəndiyeva Nərmin Tofiq qızının «Gümüşün bəzi sintetik sorbentlərlə qatılaşdırma metodlarının işlənilməsi» mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda Nərmin Əfəndiyeva çıxış edərək bildirmişdir ki, son illərdə polimer sintetik sorbentlərin sintezi və onların metal ionlarına qarşı sorbsiya xassələrinin öyrənilməsi olduqca aktual məsələdir. Bunları nəzərə alaraq yeni sintez olunmuş polimer sintetik sorbentlərin gümüş ionlarına qarşı sorbsiya xassələri öyrənilib, sorbsiya tutumuna, bərpa faizinə aid hesablamalar aparılmış və alınmış nəzəri hesablamalar ilə eksperimental nəticələrin müqaisəli təhlili aparılmışdır. Sorbentlərin tərkibi İQ-spektroskopiya metodu vasitəsi ilə öyrənilmişdir. Sorbsiya prosesinin optimal xarakteristikaları: pH-ın, metal ionunun ilkin qatılığının, zamanın təsiri müəyyənləşdirilib. Son mərhələdə həmçinin müxtəlif üzvi və mineral turşuların iştirakı ilə udulmuş gümüş ionlarının desorbsiya prosesi aparılmışdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.