Analitik kimya kafedrasında elmi seminar keçirildi
30.10.2024-cü il tarixində Bakı Dövlət Üniversitetinin Kimya fakultəsinin Analitik kimya kafedrasının sabiq doktorantı, Eyyubova Esmira Cəlil qızının “Dəmirin (III) yeni qatılaşdırılma metodikalarının işlənilməsi və analitik tətbiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən dekan müavini Fərid Nağıyev, həmçinin doktorantın elmi rəhbəri Famil Çıraqov iştirakçıları salamlamış, kafedrada aparılan elmi işlər, qarşıda duran məsələlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra Esmira Eyyubova Fe (III) ionlarının müxtəlif qatılaşdırma metodikalarının işlənib hazırl anması və bu metodikaların dəmir (III) ionlarının müxtəlif obyektlərdə təyini haqqında bəhs etmişdir. Seminar iştirakçıların qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşdırılmışdır.