Analitik kimya kafedrasında elmi seminar keçirildi
28.11.2024-cü il tarixində Bakı Dövlət Üniversitetinin Kimya fakultəsinin Analitik kimya kafedrasının sabiq doktorantı, Cavadzadə Tahir Əliəkpər oğlunun “Bəzi azot və kükürd atomu saxlayan hetrotsiklik birləşmələrin keçid metal komplekslərinin alınması, analitik və bioloji tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən dekan müavini Fərid Nağıyev, həmçinin doktorantın elmi rəhbəri Famil Çıraqov iştirakçıları salamlamış, kafedrada aparılan elmi işlər, qarşıda duran məsələlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra Tahir Cavadzadə bəzi yeni N-əvəzli tiokarbomidlərin sintezi və onların metal komplekslərinin alınması haqqında məlumat vermişdir. Həmçinin alınmış birləşmələrin analitik və bioloji tətbiq imkanları haqqında bəhs etmişdir. Seminar iştirakçıların qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşdırılmışdır.