Analitik kimya kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universiteti Kimya fakültəsində Analitik kimya kafedrasının saathesabı müəllimi Ceyhun Ələkbərov “Narkotik vasitələr, psixotrop maddələr və onların prekurslarının ekspertizası” mövzusunda elmi seminar keçirib.
Ceyhun Ələkbərov narkotik vasitələr, psixotrop maddələr və onların prekursları ilə mübarizə haqqında ümumi məlumat verib. Məruzəçi öz çıxışında bu maddələrin insan orqanizminə ciddi fəsadlar törətdiyini, zehni və fiziki sağlamlığın pozulmasına təsir göstərdiyini bildirmişdir. Daha sonra isə o bu maddələrin kimyaçı baxışı ilə tərkibləri, qanunsuz istifadə halları və aşkar edilmiş metobolizmlərini izah etmişdir.
Seminar mövzu ilə bağlı sualların cavablandırılması ilə yekunlaşıb.