Analitik kimya kafedrasında növbəti elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakakültəsinin Analitik kimya kafedrasının saathesabı müəllimi, k.ü.f.d. Əbilova Ülviyyə Mürşüd qızı tərəfindən “Sensorlar və onların analitik kimyada tətbiqi” mövzusunda elmi seminar keçirilmişdir. Seminar zamanı sensor nədir, sensorların təsnifatı, kimyəvi sensorların analitik kimya ilə əlaqəsi, sensorların inkişaf tarixi, mövcud vəziyyətinin öyrənilməsi, sənaye, tibb, kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, kosmik tədqiqatlar və gündəlik həyatda tətbiqi haqqında ətraflı məlumat verilmişdir. Müasir dövrdə elm və texnikanın inkişafı nəticəsində informasiyanın toplanması, ötürülməsi və emalı sahələrində ciddi dəyişikliklər baş vermişdir. Bu proseslərin mərkəzində sensor texnologiyaları dayanır. Sensorlar fiziki, kimyəvi və bioloji prosesləri qeydə alaraq onları ölçülə bilən elektrik siqnallarına çevirir. Maddənin tərkibi ilə hər hansı ölçülə bilən xassəsi arasında əlaqə yaratmaq, məlum qanunauyğunluqlardan istifadə edərək qatılıqların təyini və uyğun cihazların yaradılması analitik kimyanın tarixi boyunca vacib məsələlərdən biri olmuşdur və elə bu gün də öz aktuallığını qoruyur. Həmçinin Azərbaycan alimlərinon kimyəvi və biosensor sahəsində gördüyü mühüm işlər haqqında da məlumat verilmişdir. Bundan əlavə, dərman analizində nanosensorların tətbiqi üzrə tədqiqatlar aparılmışdır. Elmi mərkəzlərdə elektrokimyəvi və luminessensiya əsaslı sensorlar üzərində işlər gedir. Bu araşdırmalar ölkəmizdə sensor texnologiyalarının tətbiqini daha da genişləndirə bilər deyə çıxışda vurğulanmışdır. Seminar tələbə və müəllimlərin sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.. “Sensorlar və tətbiqi” kursu ali məktəblərin Kimya fakültəsində “Analitik kimya” ixtisası üzrə magistr hazırlığında tədris olunur.