“Asılılığa yox, gələcəyə bəli!” adlı tədbir keçirilib
24 Oktyabr 2025 12:57

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Asılılığa yox, gələcəyə bəli!” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi gənclərə narkotik maddələrdən uzaq durmağın vacibliyini çatdırmaq və zərərli vərdişlərin təhlükələri barədə məlumat vermək olub. Tədbiri fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov açaraq qeyd edib ki, narkomaniya yalnız fərdin deyil, həm də ailə və cəmiyyətin gələcəyi üçün ciddi təhlükədir. O vurğulayıb ki, narkotiklər insanın fiziki və psixoloji sağlamlığını məhv edir, gənclər isə sağlam həyat tərzinə üstünlük verərək cəmiyyət üçün faydalı fərdlər kimi formalaşmalıdırlar. Daha sonra Kimya fakültəsi THİK sədri Əfsanə Yusifova çıxış edərək narkotiklərin növləri, onların gizli yayılması və yaratdığı asılılıq barədə məlumat verib. O bildirib ki, narkotiklər əvvəlcə rahatlıq hissi yaratsa da, sonradan güclü asılılıq və ağır fiziki-psixoloji fəsadlara səbəb olur. Sonda narkotiklərin insan həyatına vurduğu fəsadları əks etdirən videoçarx nümayiş olunub.
Son XƏBƏRLƏR
02.02.2026 | 12:42
Gənclər Günü münasibətilə tədbir keçirilib
30.01.2026 | 12:39
“Güclü dövlətin təməli – Azərbaycan gəncliyi” adlı forum keçirilib
28.01.2026 | 16:55
Kimya fakültəsinin Elmi Şurasının iclası keçirildi
26.01.2026 | 13:32