"Asılılıq psixologiyası" mövzusunda təlim
17.04.2023-cü il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə "Asılılıq psixologiyası" mövzusunda təlim keçirilmişdir. Dekan müavini Taleh Qəhrəmanov insanların həyatın müəyyən bir dövründə yaşanan emosional zəiflik asılılığın yaratdığı potologiyadan, pis vərdişlərin, sosial şəbəkələr və komputer oyunlarına aludəçiliyin yaratdığı asılılıq hissinin gənclərin şəxsiyyətinə, təhsilinə, ailə-məişət münasibətlərinə, sağlamlığına vurduğu zərərlər, həmçinin bu xəstəliyə düçar olunan insanların cəmiyyətdən tədric olunmaması, patologiyanın əlamətlərini aradan qaldırmaq üçün görülən tədbirlə haqda ətraflı məlumat verib, gənclərə zərərli vərdişlər yarada biləcək hərəkətlərdən uzaq olmağı tövsiyyə etdi. Tədbirdə Kimya fakültəsinin Sabah qruplarının 4-cü kurs tələbəsi Qalibə Səmədzadə bildirdi ki, asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini zəiflədir, narkotik maddələr, alkoqol beyni stimullaşdırır, insanın şüurunu dəyişdirir və eyforiya epizoduna səbəb olur. Müəyyən müddətdən sonra bu maddələrin istifadəsi insanın sevinc, diqqətsizlik və xoşbəxtlik hisslərini yaradan yeganə seçimə çevrilir. Bu maddələrin istifadəsi problemlərdən xilas olmaq üçün vasitə rolunu oynamağa başlayır, maddə qəbul etmədən hissləriylə mübarizə apara bilmir, cəmiyyətdə müsbət reputasiyası, normal sosial həyatı olan bir adam tez bir zamanda asılılıq uçurumundan düşür. Tədbirdə 4-cü kurs tələbəsi Daşqın Abdulla bəzi gənclərin mənfi xarakterli vərdişlərinin onların sosial və şəxsi həyatına təsiri haqqında məlumat veridi. Tədbirin sonunda narkotik vasitələrin, psixotrop maddələrin, narkomaniyanın törətdiyi faciələri əks etdirən maarifləndirici video carx nümayış olnmuşdur.