Atyrau Neft və Qaz Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi
-lg.jpg)
Atyrau Neft və Qaz Universitetinin Kimya fakültəsinin dekanı Reyhan Süleymanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Dövlət Universitetinin Kimya fakültəsində görüş keçirilmişdir. Görüşdə BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rauf Həsənov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov iştirak etmişdir. Kimya mühəndisliyi istiqamətində magistratura səviyyəsində Neft emalı texnologiyası ixtisaslaşmasında ikili diplom proqramı üzrə işlər müzakirə olunmuşdur. Gələcək əməkdaşlığın genişləndirilməsi məqsədi ilə hər iki Universitetin müvafiq fakültələrinin imkanları nəzərə çatdırılmışdır.