Aytən Sultanovanın təqdimatında elmi seminar keçirildi
14 Aprel 2026 16:36
-lg.jpg)
Ümumi və qeyri-üzvi kimya kafedrasının doktorantı Aytən Sultanovanın “Sr-Ga-Se üçlü sisteminin kəsiklərində kimyəvi qarşılıqlı təsirin xarakteri və fazaəmələgəlmə” mövzusunda elmi seminarı keçirilmişdir. Aytən Sultanova çıxış edərək bildirdi ki, yarımkeçiricilər kimyasının qarşısında duran mühüm məsələlərdən biri, daim inkişafda olan elektron texnikasını, mikroelektronikanı müxtəlif tərkibli optiki, fotoelektrik, termoelektrik və lüminessent xassəli materiallarla təmin etməkdən ibarətdir. SrSe-Ga-Se kvaziüçlü sistemində baş verən kimyəvi prosesləri öyrənmək məqsədilə aşağıdakı kəsiklər: SrSe-GaSe, SrGaSe2-SrGa2Se4, Ga-SrSe, SrGaSe2-Ga2Se3, SrGaSe2-SrSe, SrSe-Ga2Se3, Se-SrGa2Se4, Ga2Sr-SrSe tədqiq edilmiş və onların faza diaqramları qurulmuşdur. Tədqiqatın əsas məqsədi sistemdə mövcud olan fazaların stabilliyini, qarşılıqlı həllolma sahələrini və yeni birləşmələrin əmələgəlmə şəraitini müəyyən etmək olmuşdur. Tarazlıq halında olan ərintilər fiziki-kimyəvi analiz metodları (DTA),mikroquruluş (MQA), rentgenfaza (RFA) analizi, həmçinin mikrobərkliyin və sıxlığın təyini vasitəsilə tədqiq edilmişdir. Aparılmış analizlər nəticəsində SrGaSe2 və SrGa2Se4 tipli üçlü xalkogenid birləşmələrinin əmələgəlməsi, onların müəyyən temperatur intervalında sabitliyi və bəzi kəsiklərdə evtektik və peritektik reaksiyaların mövcudluğu müəyyən edilmişdir. Aytən xanım çıxışını apardığı nəzəri və praktiki araşdırmaları müqayisə etməklə yekunlaşdırdı.
Son XƏBƏRLƏR
16.04.2026 | 15:10
“Qida sənayesində kimya” adlı maarifləndirici tədbir keçirildi
13.04.2026 | 16:37
“WUF13 Youth Simulation” adlı interaktiv simulyasiya tədbiri keçirildi
09.04.2026 | 14:52
Nübar Əliyevanın təqdimatında elmi seminar keçirildi
09.04.2026 | 14:30