Azərbaycan Milli İncəsənət muzeyinə ekskursiya təşkil edilib
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət muzeyinə ekskursiya təşkil edilib. Azərbaycanın ən böyük incəsənət muzeyinə ekskursiya zamanı tələbələr muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəni nümunələrin sərgiləndiyi ekspozisiyalar ilə tanış olmuşlar. Eksponatlarla tanışlıq zamanı bələdçinin izahları ilə tələbələr maraqlı məlumatlar əldə ediblər. Muzeyim XIX əsrdə inşa edilmiş iki binasında - “De Burun sarayı” və “Mariinski Qadın Gimnaziyası”-da tələbələr yerləşən keçmiş dövrləri özündə əks etdirən eksponatlarla tanış olmuş, müxtəlif rəsm əsərlərinə və tablolara nəzər yetirmişlər. Sonda xatirə fotoşəkili çəkilmişdir.