Azərbaycan Milli Xalça muzeyinə ekskursiya təşkil oldu
Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Milli Xalça muzeyinə ekskursiya təşkil olunmuşdur. Gənclər 7 kolleksiyanı: “Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları" özündə birləşdirən eksponatlarla tanış olmuşlar. Muzeyin binasında sərgi salonu, kitabxana, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, danışıqlar və audiovizual təqdimatlar otağı, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə var. Tələbələr Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiyalara baxmışlar.