Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olunub
3 Noyabr 2025 11:43

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələr Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya ediblər. Ekskursiya çərçivəsində tələbələr muzeyin daimi ekspozisiyası ilə tanış olub, Azərbaycan xalçaçılıq sənətinin inkişaf tarixi, ornament ənənələri və xalça toxuculuğunun mərhələləri barədə məlumat əldə ediblər. Bununla yanaşı, gənclər “Baku Art Weekend” çərçivəsində muzeydə keçirilən iki mühüm sərgini ziyarət ediblər. Onlardan biri — “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunub. Sərgidə Azərbaycan ənənəvi silahlarının tarixi, texnoloji və bədii inkişafı müasir rəssamların yaradıcılığı vasitəsilə təqdim olunur. Digər sərgi — “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” — Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirir və burada nümayiş olunan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdə təqdim olunur.
Ekskursiyanın məqsədi tələbələrin milli-mədəni irsimiz, müasir incəsənət və yaradıcılıq nümunələri ilə tanışlığını artırmaq, onlarda estetik zövq və incəsənətə marağı gücləndirmək olub.
Son XƏBƏRLƏR
02.02.2026 | 12:42
Gənclər Günü münasibətilə tədbir keçirilib
30.01.2026 | 12:39
“Güclü dövlətin təməli – Azərbaycan gəncliyi” adlı forum keçirilib
28.01.2026 | 16:55
Kimya fakültəsinin Elmi Şurasının iclası keçirildi
26.01.2026 | 13:32