Azərbaycan Qida Təhlükəsizliyi İnsititutu ilə görüş
13 aprel 2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnsititutunun əməkdaşları arasında görüş keçirilib. Görüşdə Kimya fakültəsinin dekanı Fuad Kərimli, Analitik kimya kafedrasının kafedra müdiri Famil Çıraqov, Analitik kimya kafedrasının professoru Xəlil Nağıyev, Azərbaycan Qida Təhlükəsizliyi İnsititutunun aparat rəhbəri Xalid Bayramlı və İnstitutun şöbə müdiri Nihad Quliyev iştirak ediblər.
Görüşdə Kimya fakültəsinin fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fuad Kərimli təhsil sahəsində həyata keçirilən islahatlar, elm, təhsil və sənayenin qarşılıqlı əlaqəsi və Kimya fakültəsinin əməkdaşlıq imkanları haqqında məlumat verib.
Xalid Bayramlı İnstitutut haqqında geniş məlumat verib. BDU-nun Kimya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisasının tələbələri üçün bakalavr və magistr səviyyələrində istehsalat təcrübəsinin əhəmiyyətindən və institutda yaradılacaq şəraitdən söz açıb.
Gələcək əməkdaşlıq üçün fəaliyyət planı və magistratura pilləsində açılması nəzərdə tutulmuş “Qida məhsullarının kimyəvi ekspertizası” ixtisaslaşması mükazirə edilib. İnstitutla yaxından tanışlıq üçün laboratoriyalara baxış keçirilib.