Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib
12 May 2026 15:20

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının və Heydər Əliyev muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin rəsmi hissəsində ilk olaraq Heydər Əliyev Muzeyinin müdiri Afət Seyidzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafındakı müstəsna xidmətlərindən bəhs etmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Ulu Öndərin elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Daha sonra tədbir bədii hissə ilə davam etmişdir. Kimya fakültəsinin tələbələri Zərif Zeynallı, Elay Kərimli, Nuray Babayeva və Ləman Məmmədli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs etmişlər. Bildirilmişlər ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir və Azərbaycan gəncliyi bu ideyalar əsasında formalaşaraq ölkənin inkişafına öz töhfəsini verir.tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar səsləndirilmiş, şeirlər təqdim olunmuşdur.
Son XƏBƏRLƏR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29
IV Respublika Olimpiadasına start verildi
15.05.2026 | 16:08
Kimya fakültəsinin tyutoru Kərimova Ellada xanımın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin müdafiəsi keçirildi
15.05.2026 | 15:32
Əməkdaşımızı təbrik edirik!
15.05.2026 | 15:27