“Bayrağımız – Qürur Mənbəyimiz” adlı tədbir keçirilib
7 Noyabr 2025 10:33

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin K087R qrupunun təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız – Qürur Mənbəyimiz” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək Dövlət Bayrağının xalqımızın milli kimliyinin, müstəqilliyinin və dövlətçiliyinin rəmzi olduğunu vurğulayıb. O, Azərbaycan xalqının tarix boyu müstəqillik uğrunda mübarizə apararaq bayrağımızı şərəf və qürur rəmzinə çevirdiyini bildirib. Tədbirin bədii hissəsində tələbələrin ifasında Vətən və Bayraq mövzusunda mahnılar səsləndirilib, rəqs nömrələri nümayiş olunub. Səhnədə dalğalanan üçrəngli bayraq, alqış səsləri və gənclərin yüksək vətənpərvərlik ruhu tədbirə xüsusi rəng qatıb.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20