BDU-da qış imtahan sessiyası başlayır
28 Dekabr 2024 13:06

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvar ayının 6-da başlamaqla beş həftə müddətində keçiriləcək. Bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
Üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci ilin fevral ayının 3-dən 7-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20