"BDU könüllüləri" Kimya fakültəsinin I kurs tələbələri ilə görüşüblər
25 Sentyabr 2024 14:46
-lg.jpg)
"BDU könüllüləri" Kimya fakültəsinə yeni qəbul olmuş I kurs tələbələri ilə görüş təşkil edib.
Görüş “BDU Könüllüləri” Təşkilatının Kimya fakültəsi üzrə sədri Röyal Yusiflinin çıxışı ilə başlayıb. O öz çıxışı zamanı Tələbələrə təşkilatın fəaliyyəti, həyata keçirdikləri layihə və tədbirlər, könüllülüyün sosial həyatımızdakı rolu haqqında geniş məlumat verib. Tədbirin davamında könüllülər öz təcrübələrini tələbələrlə bölüşüb.
Görüşdə iştirak edən tələbələrə kimya könüllülərinin fəaliyyətləri ilə bağlı videoçarx təqdim edilib.
Tədbirdə “BDU könüllüləri" təşkilatının sədr müavini Rüstəm Əliyev öz çıxışı zamanı Bakı Dövlət Universitetindəki könüllülük istiqamətləri, təcrübə könüllülərinin fəaliyyətləri və gənclərin cəmiyyətdəki sosial fəaliyyətləri haqqında fikirlərini tələbələrə çatdırıb. Xatirə fotoşəkilinin çəkilməsi ilə tədbir yekunlaşıb.
Son XƏBƏRLƏR
08.05.2026 | 10:24
“Rəqəmsal addım” adlı tədbir təşkil olunub
07.05.2026 | 15:06
Pedaqoji təcrübə davam edir
07.05.2026 | 15:00
Əməkdaşımız beynəlxalq tədbirdə iştirak etdi
07.05.2026 | 10:28