ChemXplorers Elm Klubunun təşkilatçılığı ilə təlim keçirilib
Bakı Dövlət Universiteti Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən ChemXplorers Elm Klubunun təşkilatçılığı ilə kimya sahəsində təhsil alan tələbələrin fərdi inkişafı, onların sağlam inkişafa təşviqi və sosial həyata inteqrasiyasına kömək etmək məqsədli "Introduction to Chemical Engineering" adlı təlim keçirilib. Təlim üçün açılış nitqini klub sədri Nailə Tağıyeva edərək, iştirakçılara klubun gələcək planları və məqsədləri barədə qısa məlumat vermişdir. Ardından "SOCAR DOWNSTREAM" şirkətinin Proses mühəndisi Nərmin Əliyeva kimya sənayesində baş verən dəyişikliklər və yeniliklər, kimya mühəndisliyinin sənayedə və texnikada rolu, yeri, vacibliyi və hədəfləri, eyni zamanda kimya mühəndisliyinin əsas anlayışları, yanaşmaları və prosesləri haqqında ətraflı məlumat vermişdir. Təlimin sonunda tələbələrin mövzuyla bağlı sualları cavablandırılmış və iştirakçılarla birlikdə xatirə şəkli çəkilmişdir.