“COP29. Bakı-Azərbaycan” adlı tədbir keçirildi
01 noyabr 2024-cü il tarixində Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “COP29. Bakı-Azərbaycan” adlı tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, Şəhidlərimizin əziz xatirəsi anılmışdır.
Tədbiri giriş sözü ilə açan dekan müavini Taleh Qəhrəmanov bildirdi ki, ölkəmiz mötəbər bir tədbirin keçirilməsinə ev sahibliyi edəcəkdir. Bu tədbir ölkəmiz və onun tanıdılması üçün böyük əhəmiyyətə malikdir. O, təbirin Ermənistanın dövlətimizə qarşı törətdiyi ekoloji və mənəvi terrorun dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan danışdı.
Sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov çıxış edərək COP-un mənası, yaranma tarixi, keçirildiyi ölkələr, qəbul edilmiş qərarlar, eləcə də 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək COP29, yaşıl enerjiyə keçidlə əlaqədar ölkə başçısının apardığı siyasət və verdiyi sərəncamlar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. İ.Məmmədov qeyd etdi ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə yer tapan beş prioritetdən biri yaşıl enerji ilə bağlıdır. O, həm də bildirdi ki, kafedrada 2019-cu ildən yaşıl yanacaqların alınması istiqamətində əhəmiyyətli elmi tədqiqatlar aparılır və nüfuzlu jurnallarda məqalələr çap etdirilir.
Sonda tədbir iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşdırıldı.