Kimya fakültəsində növbəti ustad dərsi keçirildi
23 Aprel 2025 12:15

Kimya fakültəsində Kimyanın tədrisi metodikası kafedrasının magistrantları və kafedranın professor–müəllim heyyətinin iştirakı ilə professor Hikmət Əlizadənin “Pedaqogika” fənnindən “Dərsin psixoloji-pedaqoji məsələləri” adlı ustad dərsi keçirilmişdir. Professor Hikmət Əlizadə öz çıxışında həm pedaqogika fənninin baza biliklərinə dair məlumatlar təqdim etdi, həm də müasir dövrün tələblərinə uyğun şəxsiyyətin formalaşması üçün önəmli olan addımları qeyd etdi. Ustad dərsi yüksək tələbə motivasiyası, interaktiv diskussiyanın müşayiəti ilə keçirildi, magistrantların mövzularla bağlı suallarının cavablandırılması ilə yekunlaşdı.
Son XƏBƏRLƏR
19.01.2026 | 11:52
Rəhilə xanım Hüseyinovanın 70 illik yubileyidir
05.01.2026 | 15:11
2025/2026-cı tədris ilinin qış imtahan sessiyasına start verildi
26.12.2025 | 15:17
Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirildi
26.12.2025 | 12:49
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi
26.12.2025 | 12:32