Magistrantlarımız Məhkəmə Ekspertizası Mərkəzində istehsalat təcrübəsi keçirlər
13 Mart 2026 12:37

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının "Kimyəvi ekspertiza" ixtisaslaşması üzrə təhsil alan magistrantları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində magistrantlar Mərkəzin kimya şöbəsində aparılan ekspertiza prosesləri ilə yaxından tanış olurlar. Onlar burada narkotik vasitələrin və digər kimyəvi maddələrin analizi metodlarını, həmçinin müasir fiziki-kimyəvi analiz üsullarını dərindən öyrənirlər. Praktikantlar iş prosesində İnfraqırmızı (İQ) spektrometr, xromato-kütlə spektrometri və digər yüksək texnologiyalı cihazlarla tanış olur, maddələrin identifikasiyası və tədqiqi sahəsində praktiki vərdişlərə yiyələnirlər. Müasir analiz metodlarının tətbiqi magistrantların böyük marağına səbəb olmuşdur.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20