Fiziki və kolloid kimya kafedrasının magistrantının elmi seminarı keçirildi
-lg.jpg)
27 mart “Elm Günü” münasibəti ilə Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının II kurs magistrantı Mahmudov Arifin “Bioetanolun çevrilməsində seriumla modifikasiya olunmuş ZSM-5 seolit katalizatorlarının katalitik xassələri” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi bioetanolun katalitik çevrilməsi bərpa olunan xammal əsasında qiymətli kimyəvi maddələrin və yanacaq komponentlərinin alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu prosesdə yüksək turşuluğa və məsaməli quruluşa malik ZSM-5 seolit katalizatorları geniş istifadə olunur. Lakin onların katalitik aktivliyi və selektivliyini artırmaq məqsədilə müxtəlif metal modifikasiyalarından istifadə edilir. Bu baxımdan seriumla modifikasiya olunmuş ZSM-5 seolitləri bioetanolun çevrilmə prosesində xüsusi maraq doğurur. Serium əlavə edilməsi katalizatorun turşu–əsas xüsusiyyətlərinə, oksidləşmə-reduksiya qabiliyyətinə və səth quruluşuna təsir göstərərək onun katalitik xassələrini dəyişir. Ce/ZSM-5 katalizatorları bioetanolun dehidratlaşması, dehidrogenləşməsi və sonrakı çevrilmə reaksiyalarında daha yüksək aktivlik və selektivlik nümayiş etdirir. Bu katalizatorların iştirakı ilə bioetanoldan əsasən etilen, dietil efiri, həmçinin aromatik karbohidrogenlər və digər qiymətli məhsulların alınması mümkündür. Seriumun seolit quruluşuna daxil edilməsi katalizatorun istilik sabitliyini artırır, kokslaşmanı azaldır və katalitik sistemin uzunmüddətli işləmə qabiliyyətini yaxşılaşdırır. Bununla yanaşı, Ce ionlarının mövcudluğu aktiv mərkəzlərin sayını və gücünü optimallaşdıraraq reaksiyanın kinetikasına müsbət təsir göstərir. Seminar qarşılıqlı müzakirələr nəticəsində yekunlaşmışdır.