Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl Bayramına həsr olunmuş tədbir keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Təşkilatlarının təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl Bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirdi ki, 2023-cü il ölkəmizin və xalqımızın həyatında mühüm hadisələrlə zəngindir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edildi. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, gələcəyinə böyük inam bəslədiyi İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi xalqımız üçün olduqca qürurvericidir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılmasında, həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır. Dekan müavini Taleh Qəhrəmanov bildirdi ki, Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün mənəvi ehtiyaca çevrilib. 2023-cü ildə ərazi bütövlüyümüzün bərpa edilməsi ölkəmizin və xalqımızın tarixində əlamətdar hadisədir. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdirməklə bərabər, milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Xarıcdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fədakarlıq düşmən üzərindəki şanlı qələbəmizə layiqli töhfə oldu. Tədbirdə tələbələr tərəfindən hazırlanmış videoçarx və müxtəlif musiqili proqram təqdim olundu.
Bayramınız mübarək!