“Əbədi Lider, Əbədi İrs” adlı tədbir keçirildi
12 may 2025-ci il tarixində Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədi Lider, Əbədi İrs” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Şəhdilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov, Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Yusifova Əfsanə və fakültənin tələbələri çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsindəki əvəzsiz rolundan bəhs etmiş, onun siyasi irsinin bu gün də ölkənin inkişafında əsas istiqamət olduğunu, müstəqil Azərbaycanın banisi və memarı olaraq xalqın rifahı, elm və təhsilinin inkişafı, hüquqi dövlətin qurulması, milli-mənəvi dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərdiyini vurğulamışlar. Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə dair videomaterial nümayiş etdirilmişdir. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilmişdir.