"Əbədi Öndər" adlı intellektual oyun keçirildi
"BDU Könüllüləri" təşkilatının Kimya fakültəsinin könüllülərinin və Kimya fakültəsi nəzdində fəaliyyət göstərən ChemXplorers klubunun birgə təşəbbüsü ilə Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş "Əbədi Öndər" adlı intellektual oyun keçirilmişdir. Oyunu Kimya fakültəsinin sədri Röyal Yusifli açıq elan etdikdən sonra oyunun şərtlərini izah edib. İntellektual oyun 6 hissədən (1-ci hissə: Retro; 2-ci hissə: Xəstəliklər; 3-cü hissə: Kimya; 4-cü hissə: Klassik ədəbiyyat; 5-ci hissə: Qarabağ; 6-cı hissə (Qızıl raund): Əbədi Öndər) ibarət olub. Ümumilikdə yarışda 7 komanda birincilik uğrunda mübarizə aparıb: "ChemX", "Volunteers", "Universe", "Engineers", "Platon", "Filosoflar" və "Berserk". "Filosoflar" komandası ən yüksək nəticə göstərərək oyunun qalibi olub. Sonda isə qalib komanda sertifikatla təltif edilib.