ED 2.16 Dissertasiya Şurasının növbəti iclası keçirildi
22 sentyabr 2023-cü il tarixində Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən ED 2.16 Dissertasiya Şurasının 2306.01 - “Üzvi kimya” ixtisası üzrə ixtisaslaşmış şurasının növbəti iclası keçirilmışdir. İclasda Gəncə Dövlət Universitetinin “Kimya“ kafedrasının dissertantı Allahverdiyeva Gülnar Eldar qızının 2306.01 “Üzvi kimya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Karbonilli birləşmələrin sintezi və onların əsasında müxtəlif N-, P-saxlayan birləşmələrin alınması” mövzusunda dissertasiya işi müzakirə edilmişdir. Şura üzvlərinin səs çoxluğu ilə təqdim olunmuş dissertasiya işinin müzakirəsi növbəti mərhələyə tövsiyə olunmuşdur.