“Fiziki kimya” ixtisası üzrə ixtisaslaşmış şurasının növbəti iclası keçirildi
20 dekabr 2023-cü il tarixində (BDU) nəzdində fəaliyyət göstərən ED 2.16 Dissertasiya şurasının 2307.01 “Fiziki kimya” ixtisası üzrə ixtisaslaşmış şurasının növbəti iclası keçirilmışdir. İclasda Bakı Dövlət Universitetinin “Fiziki və kolloid kimya” kafedrasının dosenti Fuad Şəmsəddin oğlu Kərimlinin 2307.01 - “Fiziki kimya” ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yeni polifunksional polimetalseolit katalizatorlar: sintezi, C7-C8 aromatik karbohidrogenlərin çevrilmələri və C-C rabitələrinin əmələgəlmə reaksiyalarında xassələrinin tədqiqi” mövzusunda dissertasiya işi müzakirə edilmişdir. Şura üzvlərinin səs çoxluğu ilə təqdim olunmuş dissertasiya işinin müzakirəsi növbəti mərhələyə tövsiyyə olunmuşdur.