“Ekoloji təmiz yaşıl yanacaqlar” mövzusunda tədbir keçirildi
Bakı Dövlət Üniversitetinin Kimya fakültəsinin sosial yönümlü fəaliyyət proqramına daxil olan “Azərbaycan - təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi” tədbirdə Neft kimyası və kimya texnologiyası kafedrasının doktorantı Sayad Niftullayeva “Ekoloji təmiz yaşıl yanacaqlar” mövzusunda çıxış etmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri İbrahim Məmmədov iştirakçıları salamlamış, gənclərin inkişafı üçün universitetdə və fakültədə aparılan tədbirlər haqqında məlumat vermişdir. Sonra Sayad Niftullayeva çıxışında ölkəmizin enerji potensialı, Bakıda keçirilən ümumdünya əhəmiyyətli COP29 tədbiri haqqında tələbələri maarifləndirmiş, ekoloji təmiz yanacaqların hazırlanması, eləcə də tətbiq istiqamətləri ilə əlaqədar görülən işlərdən bəhs etmişdir. Sonda Kimya fakültəsininin sosial məsələlər üzrə dekan müavini Taleh Qəhrəmanov mövzu barədə əlavələrini qeyd etmiş, Neft kimyası və kimya texnologiyası kafedrasının kollektivinə, eləcə də iştirakçılara minnətdarlığını bildirmişdir. Tələbələrlə qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.