Əlizadə Ayanın təqdimatında elmi seminarı keçirildi
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının I kurs magistrantı Əlizadə Ayan Mübariz qızının “Mo-S sisteminin nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Eldar Əhmədov iştirakçıları salamlamış, elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Əlizadə Ayan bu işdə molibden–kükürd (Mo–S) sisteminə aid nazik təbəqələr, xüsusilə molibden disulfid (MoS₂), son illərdə yarımkeçirici, katalitik və enerji tətbiqləri baxımından böyük maraq doğurur. Bu materialın laylı quruluşa malik olması onun yüksək səth sahəsi, yaxşı elektrik xassələri və elektrokimyəvi aktivliyi ilə seçilməsinə səbəb olur. Elektrokimyəvi çökdürülmə üsulu Mo–S nazik təbəqələrinin alınmasında effektiv və iqtisadi cəhətdən əlverişli metodlardan biridir. Bu üsulda molibden və kükürd mənbələri (məsələn, ammonium molibdat və tiourea) elektrolit məhlulunda həll edilərək uyğun gərginlik və ya cərəyan tətbiqi ilə keçirici substrat üzərinə çökmə prosesi baş verir. Çökdürülmə zamanı əsas parametrlər – potensial, temperatur, pH və məhlulun tərkibi – təbəqənin morfologiyasına, qalınlığına və kristallik quruluşuna birbaşa təsir edir. Alınmış Mo–S nazik təbəqələri adətən amorf və ya zəif kristallik formada olur və sonradan istilik emalı (annealing) vasitəsilə kristalliyi artırılaraq daha sabit MoS₂ fazasına çevrilir. Bu təbəqələr hidrogenin ayrılması reaksiyasında, litium-ion batareyalarda elektrod materialı kimi və həmçinin qaz sensorlarında geniş tətbiq olunur. Nəticə etibarilə, elektrokimyəvi çökdürülmə üsulu ilə Mo–S nazik təbəqələrinin sintezi sadə, nəzarət edilə bilən və geniş tətbiq potensialına malik perspektivli bir yanaşmadır. Bu sahədə aparılan tədqiqatlar materialın struktur və funksional xüsusiyyətlərinin daha da optimallaşdırılmasına yönəlmişdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.