"Elm və Əyləncə-5" adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Elm və Əyləncə-5" adlı tədbir keçirilmişdir.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov çıxış edərək bildirmişdir ki, tələbələrin elmi-tədqiqat işlərərinə cəlb olunmasının onların kimyanın sirlərinə dərindən yiyələnmələrinə, nəzəri biliklərin praktikiya tətbir etmək bacarıqlarının inkişaf etdirmələrinə və gələcəkdə yüksək ixtisaslı kimyaçı kadr olaraq yetişmələrinə əhəmiyyəti böyükdür. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli lahiyənin məqsədinin tələbələrə kimyanı sevdirmək və yeni bacarıqlar aşılamaq olduğunu vurğulamışdır. Tədbirin elmi hissəsində Kimya fakültəsinin tələbələri Arzu Məhərrəmova, Amin Şükürlü, Zenfira Hüseynzadə, Aysel Məmmədova, Kənan Məlikov, Mehriban Ağabəyli, Milana İdrisova, İlqar Hüseynov kimyada olan bir sıra maraqlı reaksiyaları aparmış və təcrübələrin nəticələri haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirin əyləncəli hissəsində Ayxan Məmmədov, Əşrəf Oqtay, Aysel Muxtarlı, Sunay Mustafazadə, Ceyhun Vaqifli, Zeynəb Qənbərova, Sabir İsgəndərli, Elmar Məhərrəmov, Məhluqə Məsimova, Firəngiz İrimova, Günel Hətəmova tərəfindən müxtəlif yerli və xarici musiqilər səsləndirilmişdir.