“Elmi irs, ölməz ad: Yusuf Məmmədəliyev” adlı tədbir keçirilib
24 Noyabr 2025 09:53

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə görkəmli alim, akademik Yusuf Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Elmi irs, ölməz ad: Yusuf Məmmədəliyev” adlı tədbir baş tutub. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən natiqlər Yusuf Məmmədəliyevin həyat və yaradıcılığı, kimya elminin inkişafına verdiyi mühüm töhfələr, elmi irsi və onun adını daşıyan ev muzeyi haqqında məlumat təqdim ediblər. Alimin Azərbaycanın kimya sahəsinə gətirdiyi yeniliklər və elmi məktəbin formalaşmasındakı rolu xüsusi vurğulanıb. Tədbirdə akademik Yusuf Məmmədəliyev haqqında video çarx nümayiş etdirilib. Sonda tədbir iştirakçılarına elmə bağlılıq, zəhmətkeşlik və öz milli kimyalarına olan inamı daim qorumağın vacibliyi barədə motivasiyaedici fikirlər səsləndirilib. Alimin ömür yolu gənclərə örnək göstərilərək, onların elm sahəsində fəal olmağa, öz potensiallarını reallaşdırmağa təşviq edilib. Kimya fakültəsi tərəfindən təşkil olunan bu yubiley tədbiri uğurla başa çatıb.
Son XƏBƏRLƏR
03.12.2025 | 11:57
“Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil edilib
01.12.2025 | 11:40
Magistrantımız Kimyanın tədrisi metodikası kafedrasının elmi seminarında çıxış etmişdir
28.11.2025 | 11:18
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
26.11.2025 | 16:14