Elvin Məlikov qrant müsabiqəsinin qalibi olub
Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru, Gənclər üçün Prezident Mükafatçısı Elvin Məlikovun iştirakçısı olduğu “Layda su axınının qarşısını almaq və quyudibi ətrafı sahədə dinamik zərbələrə davamlı nano-Fe3O4 maqnetit/poliakrilamid əlavə edilmiş sement əsaslı tamponaj sistemlərinin tədqiqi” mövzusunda elmi tədqiqat layihəsi Elm Fondunun elan etdiyi Əsas Qrant Müsabiqəsi-2022-nin qalibi olub. Layihə, Bakı Dövlət Universiteti, AR Dövlət Neft Şirkəti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşlığı ilə həyata keçiriləcəkdir.
Kimya fakültəsi olaraq layihə iştirakçılarını təbrik edir və uğurlar arzu edirik!