Əməkdaşlarımızın məqaləsi "Molecules" jurnalında
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, professor Namiq Şıxaliyev, k.ü.f.d. Gülnar Atakişiyeva və kafedranın doktorantlarının kafedrasının həmmüəllif olduqları "Nitro qrupunu iştirakında Br•••O halogen əlaqəsinin identifikasiyası hesabına dibromodiazadienlərin kristal strukturnun təşkili" adlı məqalə "Web of Science" elmmetrik bazasına daxil olan (İF 4.927) "Molecules" jurnalında çap olunub.
Tərkibində nitro qrup saxlayan dibromodiazadien boyaları sintezi aparılmış və rentgen quruluş analizi vasitəsi ilə maddələrin monokristalları xarakterizə edilmişdir. Müəyyən edilmişdir ki, elektron çatışmazlığı olan dibromodiazadienlər halogen əlaqəsinin (XB) donorları, nitro qrupu isə XB akseptoru kimi çıxış edirlər. Əvəzedicilərdən asılı olaraq, Br···O···XB digər zəif qarşılıqlı təsirlərlə müqayisə edilmiş və bəzi boyalar üçün onlar hətta nitro qrupunun iştirak etdiyi halogen əlaqəsindən də üstün olduğu müəyyən edilmişdir. İşin təcrübi hissəsində DFT hesablamaları və Bader nəzəriyyəsi çərçivəsində elektron sıxlığının paylanmasının topoloji təhlili də yer almışdır.