Üzvi kimya kafedrasında növbəti Elmi seminar keçirilib
Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Əsgərovanın təqdimatında «Dixlorazadien molekulların, xlor atomun əsasında molekullararası qarşılıqlı təsirlərin təbiəti» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Ülviyyə Əsgərova qeyd etmişdir ki, son illərdə tədqiqat qrupumuz iki yüzə yaxın müxtəlif dihaloazodien sintez etmişdir. Sonuncuların əksəriyyəti standart "bike stop" quruluşuna əməl edir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, birləşmələrin növü (konformasiyası) eynidir, lakin sintez olunan azodienlərdə molekullararası qarşılıqlı təsirlərin təbiəti fərqlidir. Niyə? Aydındır ki, həm əvəzedicilərin təbiəti, həm də aromatik sistemlərdəki mövqeyi öz düzəlişlərini edir. Bu işdə aşağıda təqdim olunan birləşmələri bir nümunə kimi istifadə edərək, tədqiq olunan monokristallarda sintez olunan birləşmələri strukturu ilə molekullararası qarşılıqlı təsirlərin təbiəti arasında əlaqənin alqoritmini qurmağa çalışmışıq.
Ülviyyə Əsgərova bildirimişdir ki, ilk dəfə olaraq rezonans nəzəriyyəsinin müddəalarına əsaslanaraq molekullararası qarşılıqlı təsirlərin təbiətini izah edən metodologiya təklif edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.