Esmira Eyyubovanın təqdimatında elmi seminar keçirilib
23 aprel 2022-ci il tarixində Kimya fakültəsində Analitik kimya kafedrasının böyük laborantı, doktorant Esmira Eyyubovanın “Dəmir(III)-ün modifikasiya edilmiş sorbentlə sorbsiyasının tədqiqi” mövzusunda elmi seminarı keçirilmişdir. Esmira Eyyubova təqdimatında malein anhidridi - stirolu sopolimeri və N,N’-difenilquanidin əsasında sintez edilmiş sorbent və alınmış sorbentin reaktiv ilə modifikasiyası haqqında auditoriyaya məlumat çatdırmışdır. Esmira Eyyubova modifikasiya edilmiş sorbentlə Dəmir (III) ionlarının sorbsion-fotometrik tədqiqatının nəticələri haqqında geniş məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.