Ətraf mühitin qorunmasına həsr olunmuş tədbir
16.05.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya, Ekologiya və Torpaqşünaslıq və Coğrafiya fakültələri Tələbə Gənclər Təşkilatlarının ortaq təşkilatçılığı ilə "Ətraf mühitin qorunması və ekoloji problemlərin həlli" mövzusunda onlayn dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Coğrafiya fakültəsi dekan müavini Ramiz Əhlimanov və Kimya fakültəsi dekan müavini Taleh Qəhrəmanov ekoloji problemlərin yaranma səbəbləri ,ekoloji pozğunluğun aradan qaldırılmasi yolları, Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə tədbir iştirakşılarına ətraflı məlumat verdilər.
Görüşdə Coğrafiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Quluzadə Mədinə, Ekologiya və Torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Muxtarzadə Nigar, Ekologiya və Torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Süleymanova Nəzrin, Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxış edərək ictimayətin diqqətinin ətraf mühitin qorunmasına cəlb edilməsinin vacib məsələ olduğunu, ölkəmizdə ətraf mühitin qorunması və ekoloji problemlərin həllində müxtəlif elm sahələrində çalışan insanların birgə fəaliyyətlərinin müsbət nəticələri haqda görüş iştirakçıları məlumatlandırmışdır. Dəyirmi masa mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.