FAKÜLTƏ MƏZUNUNUN UĞURU
Kimya fakültəsindən bu il məzun olan Günel Həsənova 14 xarici universitetin magistratura pilləsinə qəbul olub.
Həmin universitetlərin sırasında İtaliyanın məşhur Bolonya, Sapienza, Milan, Genuya, Ka foskari Venesia, Kataniya, Turin kimi nüfuzlu ali təhsil müəssisələri var. Günelin bildirdiyinə görə seçəcəyi ixtisas isə "Chemical Engineering for İndustrial Sustainability" olacaq.
Günel Həsənova BDU-da təhsil aldığı müddətdə fəal tələbələrdən biri olub. O, “İqlim dəyişikliyinin səbəbləri”, “Gənclərin regional inkişafda rolu”, “Təbiət dostları”, “Alternativ enerji mənbələri” və s. layihələrə rəhbərlik edib.
Fakültəmizin məzunu Günel Həsənovaya gələcək işlərində uğurlar arzulayırıq.