Fakültədə növbəti elmi seminar keçirilib
27 aprel 2022-ci il tarixində Kimya fakültəsində Fiziki və kolloid kimya kafedrasının dissertantı Aynur İsgəndərovanın “Modifikasiya olunmuş HZSM-5 seolit katalizatorları iştirakında benzolun etanolla selektiv alkilləşməsi” mövzusunda elmi seminarı keçirilmişdir.
Aynur İsgəndərova təqdimatında modifikasiya olunmuş HZSM-5 seolit katalizatorların turşu, tekstur, fiziki-kimyəvi xassələrinin katalizatorun katalitik aktivliyi, seçiciliyi və stabilliyi arasında qarşılıqlı əlaqə, modifikasiya olunmuş HZSM-5 seolit katalizatorları iştirakında benzolun etanolla alkilləşmə prosesinin ümumi qanunauyğunluğu haqqında məlumatları auditoriyanın diqqətinə çatdırmışdır. O cümlədən, məruzəçi çıxışında Bakı Dövlət Universitetində Fiziki və kolloid kimya kafedrasına görülən işlərdən bəhs etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.