Fakültəmizdə ilk ikili diplom təqdim olundu
Bakı Dövlət Universiteti (BDU) və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutu "Neft kimyası" ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirir. Bu gün BDU-nun rektoru Elçin Babayev və QMTTU-nun rektoru Meriam Begentayev arasında görüş keçirilmiş, çoxtərəfli əməkdaşlıq məsələləri haqqında müzakirələr aparılmışdır. Sonda Neft kimyası və kimya texnologiyası kafedrasının “Neft kimyası” ixtisaslaşmasında ikili diplom üzrə məzunu Zülfiyə Hüseynliyə rektorlar tərəfindən hər iki universitetin diplomları təqdim edilmişdir.