Professorumuz “CHEMinar layihəsi”ndə çıxış etmişdir
Azərbaycan Kimyaçılar Cəmiyyətinin “CHEMinar layihəsi”nin növbəti qonağı Bakı Dövlət Universiteti, Kimya fakültəsinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının müdiri k.e.d., prof. İbrahim Məmmədov olmuşdur. Məruzəçi “Zoom” proqramı üzərindən “Nüvə Maqnit Rezonansı spektroskopiyası” mövzusunda çıxış edərək dinləyicilərin nəzərinə metodun yaranma-inkişaf tarixi, nəzəri əsasları, maddə quruluşu təyinində bir-, iki-, üç ölçülü spektrlərin araşdırlma yolları, fakültədə və kafedrada aparılan elmi tədqiqatlarda NMR-in rolu haqqında maraqlı məlumatlar çatdırmışdır. Bundan başqa məruzəçi Bakı Dövlət Universitetndə, o cümlədən Kimya fakültəsidə tələbə və magistrlərin elmi-tədqiqa cəlb edilməsi və onların uğurlu layihələri haqqında seminar iştirakçılarını məlumatlandırmışdır. Bildirmişdir ki, istedadlı tələbələr ilkin kurslardan elmi işlərə cəlb olunur və təhsilin sonrakı pilləllərində onların fəaliyyəti davam etdirilir.
İki saat davam edən seminar iştirakşıların sualları və onlara cavablarla yekunlaşdırılmışdır.