Fatimə Məcidzadə “Farmazan - dimerləşmiş hidrazon” mövzusunda məruzə ilə çıxış edib
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması və onların elmi biliklərinin inkişaf etdirilməsi məqsədilə növbəti elmi seminar keçirilib. Tədbirdə Kimya fakültəsinin II kurs tələbəsi Fatimə Məcidzadə “Farmazan - dimerləşmiş hidrazon” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı farmazan birləşmələrinin ümumi xarakteristikası, onların alınma üsulları, struktur və kimyəvi xüsusiyyətləri ətraflı şəkildə izah olunub. Xüsusilə farmazan törəmələrinin dimerləşmə prosesinin mexanizmi, bu prosesə təsir edən amillər və hidrazon strukturlarının formalaşma xüsusiyyətləri elmi əsaslarla təqdim edilib. Fatimə Məcidzadə çıxışında qeyd olunan birləşmələrin analitik kimyada, materialşünaslıqda və digər tətbiqi sahələrdə istifadə perspektivlərinə də toxunub. Müasir elmi ədəbiyyata istinadlar əsasında təqdim edilən məlumatlar seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Seminar çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Bu cür seminarların keçirilməsi tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, elmi araşdırma bacarıqlarının inkişaf etdirilməsi və təqdimat qabiliyyətlərinin artırılması baxımından mühüm rol oynayır. Fatimə Məcidzadə uğurlu və yüksək səviyyədə hazırlanmış məruzəsinə görə təşəkkürnamə ilə təltif edilib.