Fatma Kamranzadənin elmi seminarı keçirilib
04 may 2022-ci il tarixində Kimya fakültəsində Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının sabiq doktorantı Fatma Kamranzadənin “Heksametilendiaminlə tikilmiş Malein turşusu-stirol birgə polimeri ilə Rodamin 6G boyaq maddəsinin sorbsiyası” mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi Kamranzadə Fatma Malik qızı Rodamin 6G boyaq maddəsinin sulu məhluldan ayrılması üçün sorbent kimi heksametilendiaminlə tikilmiş malein turşusu-stirol birgə polimeri haqqında geniş məlumat vermişdir. Məruzədə sorbsiya dərəcəsinə pH-ın, kontakt müddətinin, sorbentin miqdarının, temperaturun və boyaq maddəsinin ilkin qatılığının təsiri barəsində geniş izahat verilərək, sorbsiyadan alınan nəticələr Ləngmür, Freyndlix və Dubinin-Raduşkeviç izoterm tənliklərinin koordinatlarında işlənilmiş, həmçinin, sorbsiyanın termodinamik parametrləri haqqında bəhs edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, maraqlı müzakirələrdən sonra Elmi seminar öz işini yekunlaşdırmışdır.