Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
-lg.jpg)
14.11.2025-ci il tarixində Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının doktorantı Məmmədova Xanımbacı Mahmud qızının elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi Məmmədova Xanımbacı Mahmud qızı qeyd etmişdir ki, müasir dövrdə enerji daşıyıcılarının tükənməsi, qlobal istiləşmə və ekoloji problemlərin artması nəticəsində bərpa olunan, ekoloji cəhətdən təmiz xammal mənbələrinin axtarışı zərurətə çevrilmişdir. Bu baxımdan bioetanolun həm yanacaq komponenti, həm də kimyəvi xammal kimi tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bioetanolun katalitik çevrilməsi nəticəsində əldə edilən etilen, propilen və aromatik karbohidrogenlər kimi məhsullar neft-kimya sənayesinin əsas komponentləridir. Bioetanolun neft-kimya sənayesində bərpa olunan xammal kimi istifadəsinə elmi əsas yaradır. Katalizator seçimi və reaksiyanın parametrlərinin optimallaşdırılması üçün praktiki tövsiyələr formalaşdırır. Alternativ enerji və ekoloji kimya sahəsində tətbiq oluna biləcək innovativ texnoloji yanaşma təklif edir. Yerli xammallardan bioetanol istehsalı və onun katalitik emalı üçün laboratoriya və pilot səviyyədə tətbiq imkanları təqdim edir.